Ranyeri: “Napoli” əsl maşındır”
İtaliya çempionatının 23-cü turunda Milan derbisi ilə yanaşı, “Roma” – “Napoli” matçı da (1:1) azarkeşlərin marağına səbəb olub.
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri oyunun nəticəsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “forzaroma.it”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, çempionatın turnir cədvəlində lider olan Antonio Kontenin komandasını yüksək qiymətləndirib:
“Deməliyəm ki, hətta son oyunumuzdan sonra “Napoli” inanılmaz dərəcədə böyüdü. İndi onlar əsl maşındırlar, bizdən 23 xal çox toplayıblar. “Napoli ilə belə heç-heçə edib, onlara uduzmamaq bir nailiyyətdir”.
“Roma” A Seriyasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin