100-cü səfər qolu

“Səbail” Azərbaycan çempionatlarında 100-cü səfər qoluna imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Premyer Liqanın 21-ci turunun “Turan Tovuz”la oyununda (1:1) reallaşıb.

Yubiley qolunu Madi Queta vurub.

100-cü qol rəqib meydanlarındakı 113-cü matça təsadüf edib. “Səbail” Azərbaycan çempionatları tarixində səfərdəki qol sayı üç rəqəmlə ifadə olunan 19-cu komanda olub.

“Səbail” ilk səfər qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə matçda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button