“Yuventus” Osimhenin agenti ilə anlaşıb
“Yuventus” bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhenin agenti ilə tam şifahi razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu hücumçu Duşan Vlahoviçi satmaq və əldə olunan gəliri nigeriyalı futbolçunun alınmasına yatırmaq istəyir.
“Yuventus”un Osimhenin transferi üçün 70-75 milyon avro ödəməyə hazır olduğu vurğulanır. Oyunçunun özü də İtaliya klubuna keçməkdə maraqlıdır.
26 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 21 matçda iştirak edib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin