Kompani: “Yeni matçlara qədər hər şeyi düzəltmək lazımdır”
“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 20-ci turunda “Holşteyn”lə oyundan sonra jurnalistlərə açıqlama verib.
Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı rəqibin sona qədər təslim olmadığını və özünə inandığını bildirib:
“80-ci dəqiqəyə qədər demək olar ki, mükəmməl oyun keçirdik. Sonda nə baş verdiyini anlamalıyıq. Rəqib sona qədər təslim olmadı və özünə inandı. Təhlil və məşq etmək üçün bir həftəmiz var. Yeni matçlara qədər hər şeyi düzəltmək lazımdır”.
“Bayern” doğma meydanda son dəqiqələrə kimi 4:1 hesabı ilə öndə olub. Kompaninin yetirmələri matçın əsas vaxtına əlavə edilmiş uzatma dəqiqələrində iki qol buraxaraq sonda 4:3 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra 51 xal toplayan “Bayern” Bundesliqanın turnir cədvəlinə inamla başçılıq edir.
Bizi Facebook-da izləyin