“Portu” satacaq, “Barselona” qazanacaq?

“Mançester Siti” və “Portu” yarımmüdafiəçi Niko Qonsaleslə bağlı danışıqları davam etdirir.

“Şəhərlilər” qış transfer pəncərəsinin son günlərində heyətini Qonsaleslə gücləndirməyi planlaşdırsalar da, hələlik “əjdahalar”ın tələblərini təmin edə bilməyiblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun müqaviləsində 60 milyon avroluq satınalma maddəsi var, ancaq ingilislər bu bəndi aktivləşdirmək niyyətində deyil. MS ispaniyalı yarımmüdafiəçinin 40 milyon avrodan çox olmayan məbləğə alınmasına razıdır. Artıq onun özü də keçidə razılıq verib.

Transfer baş tutsa, Nikonun satış məbləğinin 40 faizi 2023-cü ilin yayında yetirməsini “Portu”ya satan “Barselona”ya çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button