Ranyeri: “Şomurodova dedim ki…”
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri Frankfurt “Ayntraxt”ı ilə Avropa Liqası matçından sonra (2:0) komandanın hücumçusu Eldor Şomurodov haqda fikirlərini bölüşüb.
29 yaşlı özbək forvardın qollardan birini vurması ilə romalılar 2:0 hesablı qələbə qazanıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, komandada hər kəsin onunla yaxşı davrandığını bildirib:
“Şomurodova dedim ki, o, komandada qalacaq. Burada hər kəs onunla yaxşı davranır. Meydanda hər şeyini verir. Bu oğlan həmişə gülümsəyir, bu da bəzən məni qəzəbləndirir. Ona dedim ki, komandadan getsən, kimə əsəbiləşəcəm?”
Paytaxt təmsilçisi Avropa Liqasının ümumi mərhələsinin yekunlarına əsasən, turnir cədvəlini 15-ci yerdə başa vurub, pley-offda iştirak edəcək.
Bizi Facebook-da izləyin