“Əl-Əhli” ispaniyalı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır

“Vilyarreal”ın vingeri Aleks Baena karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Əhli” ispaniyalı yarımmüdafiəçinin transferində maraqlıdır.

Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi 23 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır. Müqavilə ilə bağlı son qərarı Baena özü verəcək.

Aleks Baena bu mövsüm 19 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “sarı sualtı qayıq”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button