Sabiq futbolçu “Milan”ın oyununu zibilə bənzətdi

İtaliya futbolunun “çətin övlad”ı Antonio Kassano hələ də susmur. O, baş məşqçisini dəyişən “Milan”dakı vəziyyət barədə həvəslə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kassanonun fikrincə, əvvəlki baş məşqçi Paulo Fonsekanın dövründə oyunda daha çox məna var idi:

“İnanırdım ki, Fonsekanı dəvət etməklə “Milan” ən yüksək səviyyəli məşqçi əldə etdi. Amma mətbuat, eləcə də klubun futbolçularının özləri onu palçığın içində sürüklədilər. Keyfiyyətli futbol oynamaq cəhdləri, hücum oyunu görmüşəm. Amma Konseysaonun rəhbərliyi altında bu, futbol deyil, zibillikdir”.

“Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 7-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button