Almaniya millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla müqavilə müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, bu barədə yığma komandanın mətbuat xidməti məlumat yayıb.

Onunla 2028-ci ilə qədər olan müqavilə imzalanıb. 37 yaşlı məşqçi 2023-cü ilin sentyabrından komandanı çalışdırmağa başlayıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Naqelsmannın rəhbərliyi altında Almaniya yığması AÇ-2024-ün 1/4 final mərhələsinə qədər irəliləyib və burada İspaniyaya məğlub olub – 1:2.

Naqelsmann əvvəllər Almaniya klubları “Bayern”, “Leyptsiq” və “Hoffenhaym”ı da çalışdırıb. O, 2021/2022 mövsümündə “Bayern”i çempion edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button