Van Qal “Borussiya”nı çalışdırmaq istəmir
Lui van Qal Dortmund “Borussiya”sında mümkün iş barədə sualı cavablandırıb.
“Arılar” bu yaxınlarda türk çalışdırıcı Nuri Şahini baş məşqçi postundan uzaqlaşdırıb.
Komanda.az “Sky Germany”-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu seçimin ona uyğun olmadığını bildirib:
“Xeyr, bu seçim mənə uyğun deyil. Mən yalnız milli komandada işləməyə hazıram”.
Van Qalın Almaniya Bundesliqasında iş təcrübəsi var. O, 2009-2011-ci illərdə “Bayern”in baş məşqçisi vəzifəsində çalışıb.
“Borussiya” hazırkı Bundesliqada yaxşı çıxış etmir. Komanda 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin