Mourinyo: “Bizim üçün asan olmadı”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının 7-cu turunda “Lion”la matç (0:0) barədə fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı oyunçularının “Lion”un təzyiqi qarşısında yaxşı davrandığını bildirib:

“Oyunçularım “Lion”dan gələn təzyiq qarşısında yaxşı davrandı. Fransa komandasında çox texnikalı oyunçuların olduğunu söyləmək yerinə düşər. Onlar hücumda əla oynayırlar, ona görə də bizim üçün asan olmadı. Futbolçularımın çoxu adi mövqelərdə olmayan yerlərdə oynamaq məcburiyyətində qaldılar. Şərtlər bunu tələb edirdi”.

Avropa Liqasının ümumi mərhələsinin 7-ci turundan sonra “Fənərbaxça”nın 9 xalı var və turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button