“Barselona”nın sabiq futbolçusunun ən çətin gecəsi
“Barselona”nın keçmiş müdafiəçisi, hazırda “İnter Mayami”də çıxış edən Jordi Alba karyerasının ən çətin gecəsi haqda danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu 2019-cu ildə, UEFA Çempionlar Liqasında “Enfild”də “Liverpul”la cavab oyununda uğursuz çıxış etdiyini etiraf edib:
“O oyunda ilk qol mənim pis ötürməmdən sonra vuruldu. Bu, tez-tez olur və adətən belə nəticələnmirdi, ancaq bu halda deyil. Mən heç vaxt fərdi oyunçuları günahlandırmağı sevməmişəm. Bütün komanda məsuliyyət daşıyır. Amma “Enfild”də o gecə yaxşı vəziyyətdə deyildim və özümü günahlandırıram. Düzünü desəm, bu, karyeramın ən çətin gecəsi idi”.
Kataloniyalılar ilk yarımfinal oyununda 3:0 hesabı ilə qalib gəlsələr də, bir həftə sonra öz qapılarından dörd cavabsız top buraxaraq, turnirdən kənarlaşdırılıblar.
Bizi Facebook-da izləyin