“Yuventus” “Çelsi”nin müdafiəçisini icarəyə götürüb

“Çelsi”nin müdafiəçisi Renato Veyqa İtaliya çempionatına keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Yuventus”un sıralarına qoşulub.

Turin klubu 21 yaşlı oyunçunu 2024/25 mövsümünün sonuna kimi icarəyə götürüb. Ona görə 5 milyon avro ödənilib. Müqavilədə satın alma şərti yoxdur.

Veyqa ötən yay “Çelsi”yə keçib. O, həmin vaxtdan bəri London komandasının heyətində 18 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsi 2031-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button