PSJ-nin futbolçusu “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbula gedib
PSJ-nin müdafiəçisi Milan Skrinyar Türkiyə klubu “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbula gedib.
Komanda.az xəbər verir ki, bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl 29 yaşlı Skrinyarın gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın PSJ-yə transferi üçün “Napoli”yə təklif olunduğu bildirilirdi.
Slovakiyalı futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm bütün yarışlarda 5 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin