ÇL: “Cavab qolu bizi sarsıtdı”
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 7-ci turunun “Atletiko” ilə oyunundan sonra açıqlama verib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı cavab qolunun onları sarsıtdığını bildirib:
“Bayer” bu matçda həm yaxşı, həm də pis dəqiqələr yaşadı. Cavab qolu bizi sarsıtdı və rəqibi ruhlandırdı. Bu qoldan sonra öz inamımızı qaytara bilmədik. Oyun meydan sahiblərinin ssenarisinə uyğun inkişaf etdi”.
“Əczaçılar” səfərdə 1:2 hesabı ilə məğlub olublar.
“Bayer” Çempionlar Liqasının ümumi mərhələsinin son tur öncəsi 13 xalla turnir cədvəlinin 6-cı, “Atletiko” isə 15 xalla 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin