“Roma”dan “Feyenoord”a
Hollandiyanın “Feyenoord” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Erediviziya təmsilçisi İtaliyanın “Roma” klubunun müdafiəçisi Rik Karsdorpu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı sağ cinah müdafiəçisi 1 illik icarəyə götürülüb.
Hollandiya yığmasında 3 oyun keçirmiş Karsdorp məhz “Feyenoord”un yetirməsidi. O, “Roma”ya 2017-ci ildə Rotterdam təmsilçisindən transfer olunsa da, İtaliya klubunda möhkəmlənə bilməyib. Müdafiəçi “canavarlar”ın heyətində 15 rəsmi oyun keçirib.
Yeri gəlmişkən, “Feyenoord” öz futbolçularından Cerri Sen Justu da Almaniyanın “Maynts” klubuna icarəyə verib. Mərkəz müdafiəçisi qarşıdakı 1 ili Bundesliqa təmsilçisində keçirəcək. 22 yaşlı holland “Feyenoord”a 2017-ci ildə “Herenven”dən gəlib.
Bizi Facebook-da izləyin