“Mövsümün sonuna qədər mütləq “Real”da qalacam”
“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun “Betis”ə qayıtması gözlənilir. Yarımmüdafiəçinin özünün sözlərinə görə, bu, ən azı yaya qədər baş verməyəcək:
“Mövsümün sonuna qədər mütləq “Real”da qalacam. “Betis”ə uğurlar arzulayıram”.
Sebalyos 2017-ci ildə “Betis”dən “Real”a keçib. İspaniyalı futbolçu Madrid klubunun heyətində bu mövsüm 20 matç da daxil olmaqla, bütün yarışlarda ümumilikdə 168 oyun keçirib. Tərəflər arasında hazırkı müqavilə 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin