Ərəblər onun üçün 50 milyon avro təklif etməyə hazırdır

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçə bilər.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “Əl-İttihad” niderlandlı futbolçu üçün 50 milyon avro təklif etməyə hazırdır.

“Barselona” rəhbərliyi bu variantı nəzərdən keçirir. Yaxın vaxtlarda transferlə bağlı qərarın verilə biləcəyinə baxmayaraq, De Yonq bunu istəmir.

27 yaşlı yarımmüdafiəçi bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button