“Real”ın yarımmüdafiəçisi sıradan çıxıb
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa zədələnib.
Komanda.az “kral klubu”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu budunun arxasından zədə alıb, sağalma vaxtı hələlik məlum deyil.
Madrid klubunun rəsmi saytında dərc olunan açıqlamada bildirilib ki, bu gün komandanın həkimləri tərəfindən aparılan testlərdən sonra Kamavinqanın bud nahiyəsində zədə aşkarlanıb.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 16 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin