Dibalanın arzusu

“Roma”nın hücumçusu Paulo Dibala hədəflərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas hədəfinin Çempionlar Liqası olduğunu söyləyib:

“Çempionlar Liqasının qalibi olmaq istəyirəm. “Roma” və ya başqa klubla bu turnirdə qalib gəlmək niyyətindəyəm. Keçən il iki transferə yaxın idim. Seçimlərdən biri də PSJ idi”.

31 yaşlı futbolçu İtaliya çempionatının cari mövsümündə 17 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Roma” ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununun sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button