Sabiq futbolçular arasında “müharibə”: “Ayıb olsun sənə!”
Keçmiş komanda yoldaşları və uzun müddətin dostları olan Kristian Vieri ilə Antonio Kassano hazırda bir-birləri ilə münaqişədədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçuların bu konflikti belə görünür, ictimaiyyət üçün şou deyil, həqiqətən münaqişədir.
Hər şey Kassanonun Vierinin “YouTube” kanalına hücumu ilə başlayıb və o, iddia edib ki, hətta Vierinin anası da bu “darıxdırıcı və maraqsız şou”ya baxmamağa üstünlük verir.
Bu açıqlama Vierinin özündən çıxmasına səbəb olub və o, sosial şəbəkə hesabındakı paylaşımında Kassanonun cavabını belə verib:
“Əziz Kassano, bəlkə, bu kifayətdir və sən susasan? Anamı müzakirə etməyək. Danışmağı öyrən və özünü məhdudiyyətlər içində saxla, bir-birinizin ailəsinə, valideynlərinə toxunmayın. Bunu edənin heç bir dəyəri yoxdur. Ayıb olsun sənə!”
Bizi Facebook-da izləyin