“Arsenal” İtaliya klubunun futbolçusu ilə maraqlanır
“Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini İtaliya A Seriyasından İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, italiyalı futbolçu ilə “Arsenal” maraqlanır.
“Topçular” 28 yaşlı oyunçu üçün “İnter” və “Napoli” ilə mübarizə aparmalı olacaq.
Pelleqrini ilə paytaxt klubu arasındakı hazırkı müqavilə 2026-cı ilin ortalarına qədərdir. O, bu mövsüm romalıların heyətində 21 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin