İnzaqi: “Məyus olmağımız normaldır”

“İnter”in baş məşqçisi Simone İnzaqi “Bolonya” ilə matçda (2:2) heç-heçədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı əla oyun oynadıqlarını bildirib:

“Boloniya”nı təbrik edirəm, bu gün bizim üçün asan olmadı. Əla oyun oynadıq, mübarizə apardıq, şanslar yaratdıq. Bizə qarşı ikinci qoldakı epizodda daha yaxşı oynaya bilərdik, amma ondan sonra çoxlu epizodlar oldu. Qalib gəlmək imkanlarımız olduğu üçün məyus olmağımız normaldır. Amma biz hər şeyi sona qədər görməyə qadir olan fiziki cəhətdən hazır bir komandaya qarşı idik”.

İnzaqinin komandası evdə xal itirib və lider “Napoli” ilə fərqi bir xala endirmək fürsətini əldən verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button