“Təbii ki, komandamın gördüyü işlərlə fəxr edirəm”

“Nottingem Forest”in baş məşqçisi Nuno Espirito Santo “Liverpul”la oyunun (1:1) nəticəsini şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı ilk hissənin çox keyfiyyətli keçdiyini bildirib:

“İlk hissə çox keyfiyyətli keçdi, biz “Liverpul”a heç nə yaratmağa imkan vermədik. Bəli, topa sahib idilər, ancaq heç bir təhlükəli anlar yaşanmadı. Başa düşürdük ki, ikinci hissədə hər şey dəyişəcək. Onlar oyuna nəzarəti ələ keçirdilər və çoxlu qol imkanları yaratdılar. Təbii ki, komandamın gördüyü işlərlə fəxr edirəm. Oyunçuların fədakarlıq və istək səviyyəsi inanılmaz idi”.

“Nottingem Forest” İngiltərə Premyer Liqasının turnir cədvəlində hələ ki, ikincidir. Ancaq “Arsenal” “Tottenhem”i məğlub etsə, bir pillə geriləyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button