Slot: “Nottingem Forest” ikinci qolu buraxmamağa layiq idi”
“Liverpul”un baş məşqçisi Arne Slot “Nottingem Forest”lə oyunda (1:1) rəqib qapıçı Mats Selsin çıxışından danışıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, Selsin mövsümboyu yaxşı oynadığını bildirib:
“O, “Enfild”də və mövsümboyu yaxşı oynadı. Ancaq mən təkcə qapıçını qeyd etmək istəmirəm, onlar komanda şəklində müdafiə olundular və buna görə də hər topun qarşısına atılaraq, ikinci qolu buraxmamağa layiq idilər. Döyüşdülər və azarkeşlər yüksək səslə onlara kömək etdilər. Ancaq biz çoxlu sayda şans yarada bildik, bu, əlbəttə ki, məni sevindirir”.
“Liverpul” matçın əvvəlində qol buraxsa da, ikinci hissədə Dioqo Jotanın qolu nəticəsində hesabı bərabərləşdirə bilib. Slotun komandası İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq etməkdə davam edir.
Bizi Facebook-da izləyin