İspaniyalı futbolçu həbs edildi
“Sevilya”nın müdafiəçisi Kike Salas dələduzluqda şübhəli bilinərək həbs edilib.
Komanda.az “El Confidencial”a istinadən xəbər verir ki, o yaxınlarının pul qazanması üçün La Liqa matçlarında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.
İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış polislər tərəfindən aparılır. Salas bu əməlinə görə 6 aydan 3 ilədək həbs cəzası ala bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin