Almaniya klubu Zinçenkonu icarəyə götürmək istəyir
Dortmund “Borussiya”sı “Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Borussiya” ukraynalı oyunçunu icarəyə götürmək istəyir. “Topçular” isə onu satmaq və ya 20 milyon avroya icarəyə vermək niyyətindədir.
Zinçenkonun xidmətində “İnter”in və “Fənərbaxça”nın maraqlı olduğu daha əvvəl bildirilmişdi.
28 yaşlı futbolçu 2024/25 mövsümündə klub səviyyəsində 11 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin