“Milan” ingiltərəli müdafiəçinin transferi üçün danışıqlara başlayıb
“Milan”ın sahiblərinin müşaviri Zlatan İbrahimoviç artıq “Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uolkerlə İtaliya klubuna keçə biləcəyi ilə bağlı fikir mübadiləsi aparıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” Uolker üçün “Mançester Siti”yə daha konkret təklif irəli sürməzdən əvvəl oyunçuya heyətdə yer ayırmalıdır. İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola yanvarın 11-də 34 yaşlı futbolçunun klubdan onu satmaq variantlarını araşdırmağı xahiş etdiyini bildirib.
Uolker bu mövsüm bütün yarışlarda 18 oyun keçirsə də, qol vura bilməyib. İngiltərəli futbolçunun “şəhərlilər”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin