“Mən Poqbada heç bir günah görmürəm”

“Bayern”in futbolçusu Kinqsli Koman “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Poqba haqqında xoş sözlər deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu, Poqbada heç bir günah görmədiyini bildirib:

“Düşünürəm ki, “Mançester Yunayted” Poqbadan çox şey tələb edirdi. Mən Andrea Pirlo, Arturo Vidal, Tiaqo ilə birgə oynamışam. Onların hamısı inanılmaz dərəcədə texnikalı oyunçular idi, ancaq Poqba xüsusi idi. Mən onda heç bir günah görmürəm. Dünyada heç bir yarımmüdafiəçidən ondan tələb olunan qədər tələb olunmayıb”.

Poqba antidopinq qaydalarını pozduğuna görə futboldan uzaqlaşdırılsa da, iki aydan sonra karyerasını bərpa edə biləcək. Hazırda onun 31 yaşı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button