“Bəs indi “Real”ın klub televiziyasının səsi haradadır?”
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Barselona”nın futbolçuları Daniel Olmo və Pau Viktorun cari mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçməsindən danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı funksioner qəbul edilən qərarla bağlı çox təəccüblü məqamların olduğunu bildirib:
“Qəbul edilən qərarla bağlı çox təəccüblü məqamlar var, o cümlədən prosesin sürəti. Aydındır ki, İdman Ali Şurasının bu qərarı liqaya iqtisadi nəzarəti yüksək qiymətləndirən idman haqqında qanunun müddəalarında göstərilənlərə ziddir. Belə görünür ki, Ali Şura indi La Liqada işləyən və əksər klubların dəstəyini alan sistemləri məhv etməyə çalışır. Bəs indi “Real”ın klub televiziyasının səsi haradadır?”
Daha əvvəl “Barselona”nın cari La Liqa mövsümünün ikinci hissəsi üçün yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktoru qeydiyyatdan keçirdiyi məlum olub.
Yanvarın əvvəlində La Liqa, eləcə də İspaniya Futbol Federasiyası Kataloniya klubunun Olmo və Viktorla bağlı qeydiyyat hərəkətlərindən rəsmən imtina edib. Bununla belə, bu ayın 8-də məlum olub ki, İspaniya Ali İdman Şurası “Barselona”ya adı çəkilən oyunçuları La Liqa mövsümünün ikinci hissəsi, İspaniya kuboku və İspaniya superkuboku üçün qeydiyyatdan keçirməyə icazə verib.
Bizi Facebook-da izləyin