“Barselona”nın Son arzusu ürəyində qalıb
“Tottenhem”in hücumçusu Son Hın Min “Barselona”nın maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu cənubi koreyalı futbolçunu yayda pulsuz əldə etməyi düşünürdü. “Barselona” “Tottenhem”in forvardını hücumu gücləndirmək üçün əla variant hesab edirdi, ancaq bu keçid artıq baş tutmayacaq. Çünki o, bu yaxınlarda klubu ilə müqaviləsini daha bir il müddətinə uzadıb.
32 yaşlı futbolçu bu mövsüm “Tottenhem”lə 24 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin