De Yonq cəzalandırıla bilər – “Barselona”nın istədiyini etməsə
“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqla müqaviləni uzatmasa, onu satmaq niyyətindədir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı oyunçu Kataloniya klubu ilə yeni müqavilə imzalamağa tələsmir və hazırkı anlaşma ilyarımdan sonra başa çatacaq.
Yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, “Barselona” 27 yaşlı yarımmüdafiəçini ya bu ay, ya da yayda satmaq istəyir. O, başqa kluba getməkdən imtina edərsə, növbəti mövsümdən heyətdən kənarlaşdırılma təhlükəsi ilə üzləşə bilər.
De Yonq bu mövsüm “Barsa”nın heyətində 15 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin