Ansu Fati La Liqanın 4 klubunun hədəfindədir

“Barselona”nın hücumçusu Ansu Fati karyerasını La Liqanın başqa klubunda davam etdirə bilər.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu tez-tez aldığı zədələr və “Barsa”dakı rəqabət səbəbindən az oyun təcrübəsi qazanır.

Kataloniyalılar Fatini yəqin ki, yanvarda icarəyə göndərəcək. Onunla hazırda “Sevilya”, “Valensiya”, “Betis” və “Jirona” maraqlanır. Hər dörd klub forvardı mövsümün sonuna qədər icarəyə götürməyə hazırdır.

İspaniyalı hücumçu bu mövsüm Hans Diter Flikin komandasında 8 oyunda iştirak edib. Onun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button