“Milan”ın sabiq baş məşqçisi Leaonu təriflədi

Arriqo Sakki Rafael Leaonun “Milan”ın “İnter”ə 3:2 hesabı ilə qalib gəldiyi İtaliya superkubokunun finalındakı çıxışına sevinib.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “Milan”ın sabiq baş məşqçisi portuqaliyalı hücumçunun lazımi sabitliyi tapacağına ümid edir:

“Düşünürəm ki, Leao həm məşqdə, həm də matçlarda daim stimullaşdırılmalıdır. Ola bilsin ki, xasiyyəti və həddən artıq yumşaq xarakteri ona mane olur. Amma o, həqiqətən də üstün fiziki keyfiyyətlərə malikdir. Heç kim ona mane olmayacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button