“İlk kubokumu qazanmaq əla olardı” – “Barselona”nın futbolçusu
“Barselona”nın müdafiəçisi Pau Kubarsi İspaniya superkubokunu qazanmaq istəyir.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu çoxlu kuboklar qazanacağına ümid edir:
“İlk kubokumu qazanmaq əla olardı. Ümid edirəm ki, onların sayı çox olacaq, amma həmişə bir yerdən başlamaq lazımdır. Mən istərdim ki, bu, “Super Bovl” olsun.
“Atletik”? Onlarla matçlar həmişə çox çətin olur, qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını göstərməliyik”.
İspaniya superkuboku Səudiyyə Ərəbistanında keçirilir. “Barselona”nın bu gün “Atletik”lə qarşılacağı yarımfinal matçı saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin