İtaliya klubu Reşfordu icarəyə götürə bilər

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Milan”ın futbolçusu ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu ingiltərəli oyunçunun maaşının böyük hissəsini “qırmızı şeytanlar”ın üzərinə götürməsini istəyir. Həmçinin, hər iki tərəf yalnız satın alma şərti olmayan altı aylıq icarə müqaviləsində maraqlıdır.

27 yaşlı forvardın transfer dəyəri 55 milyon avro qiymətləndirilir.

Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button