“Milan”ın tarixində qalmaq istədim, amma İbrahimoviç rekordu məndən oğurladı”

“Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurta Zlatan İbrahimoviçin onu niyə incitdiyini açıqlayıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, İbrahimoviçin onun rekordunu qırmasından əsəbiləşdiyini bilidirib:

“İbrahimoviç A Seriyasının ən yaşlı qolçusu rekordumu qıranda əsəbiləşdim. Bu baxımdan “Milan”ın tarixində qalmaq istədim, amma o, rekordu məndən oğurladı. 41 yaşıma qədər oynadım və bir dəfə dizim istisna olmaqla, heç vaxt ciddi zədə almadığım üçün şanslı idim. Mən bu mənada nə yediyimə, nə içdiyimə və necə yatdığıma çox diqqət yetirirdim”.

Kostakurta 41 yaşında karyerasını başa vurub. Onun İbrahimoviçin “Milan”da oynamasından bir neçə il əvvəl karyerasını bitirdiyinə görə onunla bu komandada oynamaq imkanı olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button