MY belçikalı futbolçu ilə maraqlanır
“Leyptsiq”in yarımmüdafiəçisi Artur Vermeren “Mançester Yunayted”in “radar”ındadır.
Komanda.az “Sports Courant”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Almaniya klubunda icarə əsasında çıxış edən belçikalı futbolçunun xidmətində maraqlıdır.
19 yaşlı yarımmüdafiəçinin müqaviləsi “Atletiko”ya məxsusdur. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 20 matçda iştirak edib. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin