Təyyarə faciəsində həlak olan futbolçu Bakıdakı məzarlıqda dəfn edildi

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə faciəsində həlak olan “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanov dəfn edilib.

Komanda.az xəbər verir ki, mərhumun cənazəsi Suraxanıdakı rus-tatar qəbiristanlığında torpağa tapşırılıb. 

Mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşüb. Təyyarəni Rusiya hərbçilərinin vurduğu deyilir. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button