
Azərbaycan Güləş Federasiyası seçimlərə başlayacaq
Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq.
Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 10-12 yaşlı uşaqların sərbəst güləş məşqlərinə qəbuluna start verilir. Seçimlər yanvarın 3-5-i aralığında Gəncə İdman Sarayında həyata keçiriləcək.
Yanvarın 6-dan isə həftənin altı günü ödənişsiz məşqlər baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin