MS portuqaliyalı futbolçunu satmağa hazırdır
“Mançester Siti” yarımmüdafiəçisi Bernardo Silvanı satmaq imkanını nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” gəncləşdirməyə diqqət yetirməklə heyətin yenidən qurulmasını açıqlayıb.
30 yaşlı Silva klubda gələcəyi qeyri-müəyyən olan futbolçulardandır. Onun adı son illərdə tez-tez gedişi ilə əlaqələndirilirdi və “Mançester Siti” yarımmüdafiəçi üçün təklifləri nəzərdən keçirməyə hazırdır. O, çox güman ki, 2025-ci ilin yayında komandada saxlanılmayacaq.
Portuqaliyalı futbolçu 2017-ci ildən “Mançester Siti”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin