MY tezliklə braziliyalı futbolçu üçün danışıqlara başlayacaq

“Atalanta”nın yarımmüdafiəçisi Edersonun karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək ehtimalı yüksəkdir.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” Edersona xüsusi maraq göstərir. İngilislər yaxın vaxtlarda onun transferi ilə bağlı danışıqlara başlayacaq.

“Atalanta”nın həm A Seriyasını qazanmaq, həm də UEFA Çempionlar Liqasında uğurla çıxış etmək şansının yüksək olduğunu nəzərə alsaq, qışda əsas oyunçularından biri ilə ayrılmağa hazır deyil.

25 yaşlı braziliyalı futbolçu cari mövsümdə “Atalanta”nın heyətində bütün turnirlərdə 23 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button