Ranyeri Dibala haqda: “Yorulsa, meydandan çıxaracam”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri komandanın argentinalı hücumçusu Paulo Dibalanın oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Dibalalı və Dibalasız bir “Roma” olduğunu bildirib:

“Dibala formada olanda çox yaxşıdır. Yorulsa və ya nəsə plana uyğun getməsə, onu meydandan çıxaracam. Dibalalı və Dibalasız bir “Roma” var”.

31 yaşlı forvard İtaliya çempionatının 17-ci turunun “Parma” ilə oyununda (5:0) 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Argentinalı futbolçu “Roma”nın sıralarına 2022-ci ilin yayında qoşulub. O, bu komandanın heyətində 96 matçda iştirak edib, 38 qol vurub və 20 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button