Konfrans Liqası: Pley-off mərhələsinin püşkü atıldı

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə pley-offa yüksələn 16 komanda rəqiblərini tanıyıb:

“Gent” (Belçika) – “Betis” (İspaniya)

“Sele” (Sloveniya) – APOEL (Kipr)

“Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya)

“Omoniya” (Kipr) – “Pafos” (Kipr)

TSK (Serbiya) – “Yagelloniya” (Polşa)

“Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan)

“Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya)

“Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya)

Pley-off mərhələsində ilk matçlar fevralın 13-də, cavab görüşləri isə 20-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button