Mbappe: “Başlanğıcda çox “ac” idim”

Dekabrın 20-də 26 yaşını qeyd edən “Real”ın hücumçusu Kilian Mbappe karyerası haqda danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, fransalı futbolçu başlanğıcda çox “ac” olduğunu bildirib:

“14 yaşımdan bəri hamı mənə əla olacağımı deyirdi. Başlanğıcda çox “ac” idim, çünki səbirsizəm. Bununla belə, məndə futbola həvəs və qalibiyyət ruhu var idi. Hazırda fərdi mükafatlar uğrunda mübarizə aparmaq yox, komanda ilə qalib gəlmək istəyirəm”.

Mbappe “kral klubu”nun sıralarına bu yay qoşulub. O, “Real”ın heyətində 22 matçda iştirak edib, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button