“Sevilya”nın Juninyo üçün “Qarabağ”a nə təklif etdiyi məlum olub

“Sevilya”nın Olavio Juninyo üçün “Qarabağ”a ödəmək istədiyi məbləğ məlum olub.

Komanda.az xəbər verir ki, İspaniya təmsilçisi 28 yaşlı hücumçunun transferi üçün “köhlən atlar”a 2 milyon avroya yaxın təklif göndərib.

Bundan başqa, “Sevilya” braziliyalı forvardın hazırkı durumda bir addım atmasını da gözləyir. Onlar danışıqlarda oyunçunun istəyindən də yararlanmaq niyyətindədirlər.

Belə olacağı təqdirdə, “Sevilya” Juninyo üçün növbəti təklifində məbləği yüksəltməyə çalışacaq.

Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 31 qola imza atıb. Futbolçu cari mövsümdə 11 dəfə rəqib qapılarına yol tapıb. Onun Ağdam klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button