“Qadağan olunmuş maddələrdən heç vaxt bilərəkdən istifadə etməmişəm”

“Çelsi”nin vingeri Mixail Mudrik noyabrda Ukrayna millisinin heyətində keçirilən oyunlardan sonra dopinq testindən keçib.

Mudrikin test nəticələrinin yoxlanılması daha sonra həm “Çelsi”, həm də özü tərəfindən təsdiqlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, testi müsbət çıxan ukraynalı yarımmüdafiəçi qadağan olunmuş maddələrdən heç vaxt bilərəkdən istifadə etmədiyini bildirib:

“Qadağan olunmuş maddələrdən heç vaxt bilərəkdən istifadə etməmişəm”.

İngiltərə Futbol Assosiasiyasının qərarı ilə Mudrikin futbol matçlarında iştirakdan müvəqqəti olaraq kənarlaşdırıldığı barədə məlumatlar yayılıb.

23 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 7 oyun keçirib. O, Konfrans Liqasında iştirak etdiyi 6 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button