Neymar: “PSJ-dəki illər mənim üçün futbolda ən yaxşı günlər idi”
“Əl-Hilal”ın hücumçusu Neymar PSJ-dəki vaxtlarını xatırlayıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, PSJ-dəki illərin onun üçün futbolda ən yaxşı günlər olduğunu bildirib:
“PSJ-dəki illər mənim üçün əlbəttə ki, futbolda ən yaxşı günlər idi. Amma daimi zədələrə görə çox üzülürdüm. Üç, dörd, bəzən altı ay kənar qalırdım. Bu məni çox qıcıqlandırırdı, amma meydana girəndə bütün zamanların ən yaxşı Neymarı olurdum”.
32 yaşlı forvard 2017-2023-cü illərdə Paris klubunda çıxış edib. O, bu komandada 112 oyun keçirib və 82 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin