“İnter” müdafiəçisi ilə vidalaşmağı düşünür

“İnter” müdafiəçisi Françesko Açerbi ilə yollarını ayırmağı düşünür.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış müqavilədə “İnter”ə 2025-ci ildə italiyalı oyunçu ilə əməkdaşlığa son qoymağa icazə verən bənd var.

Milan klubu hazırda 36 yaşlı müdafiəçinin yaşı və zədəsi səbəbindən bu variantı aktivləşdirmək imkanını ciddi şəkildə nəzərdən keçirir. Onun “İnter”lə müqaviləsi 2026-cı ilə qədərdir.

Açerbi cari mövsümdə Simone İnzaqinin komandasının heyətində 11 matçda iştirak edərək, 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button