Mbappenin zədəsinin nə qədər ciddi olduğu bu gün bilinəcək
“Real”ın hücumçusu Kilian Mbappe bu gün tibbi müayinədən keçəcək. O, dünən UEFA Çempionlar Liqasının liqa mərhələsində “Atalanta” ilə oyunda zədələnib və ilk hissədə əvəzlənib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun italiyalı çalışdırıcısı Karlo Ançelotti ciddi bir şey olduğunu düşünmür:
“Bu gün Mbappe tibbi müayinədən keçəcək. Ciddi bir şey olduğunu düşünmürəm”.
Mbappenin də fərqləndiyi qarşılaşmada “Real” “Atalanta”ya 3:2 hesabı ilə qalib gəlib. Ançelottinin yetirmələri Çempionlar Liqasının növbəti matçında “Zalsburq”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin